...

Robert Sekuta: İrəli baxmalıyıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2017 17:43 (UTC +04:00)
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirib.
Robert Sekuta: İrəli baxmalıyıq

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə diplomatın həyat yoldaşı Anne Sekutada iştirak edib.

Görüş zamanı məcburi köçkünlər, 26 fevral gecəsi yaşadıqları dəhşətlər barəsində danışıblar. Diplomat isə ABŞ-ın Xocalı qurbanlarını yad etdiyini vurğulayıb.

R.Sekuta öz "Twitter" hesabında yazıb: “Biz müharibədə döyüşərək həlak olan, eləcə də münaqişədən əziyyət çəkən və vəfat edən bütün Xocalı qurbanlarını yad edirik. Biz qurbanları xatırlamalı, həmçinin həlak olanlar və sülhə ümidi olanlar üçün əmin-amanlığa nail olmaq məqsədilə irəli baxmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti