...

XİN rəhbəri: Avstriya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 11:26 (UTC +04:00)
Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur.
XİN rəhbəri: Avstriya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Silahlı münaqişələr bütün ATƏT ərazisində çoxlu dağıntılara və əzablara səbəb olub, bu münaqişələrin hərbi yolla həlli yoxdur.

Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Diplomat qeyd edib ki, bütün münaqişələr siyasi yolla həll olunmalıdır:

“Sədr ölkə qismində Avstriya ATƏT ərazisindəki münaqişələrin, o cümlədən Gürcüstanda, Dnestryanıda və Dağlıq Qarabağda münaqişələrin dinc yolla həll olunması üçün bütün səyləri dəstəkləyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti