...

Nizami rayon gəncləri Memorial Soyqırımı Muzeyi ilə tanış olublar (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 13:12 (UTC +04:00)
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar, Nizami rayon gəncləri Memorial Soyqırımı Muzeyi ilə tanış olublar.
Nizami rayon gəncləri Memorial Soyqırımı Muzeyi ilə tanış olublar  (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon gənclərinin və məktəblilərin tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla diqqətə çatdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunub.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləməsinin və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpası, erməni qəsbkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolu olub.

Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji mübarizə daha səmərəli xarakter alıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.

Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və videomateriallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, videoçarxlara tamaşa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti