...

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 12:16 (UTC +04:00)
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanında Xocalı soyqırımının 25-ci ildönümü anılıb.
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icra orqanında Xocalı soyqırımının 25-ci ildönümü anılıb.

Trend-in məlumatına görə, anım mərasimində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin tədris filiallarında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən 200-dən artıq müdavim, Cəmiyyətin şəxsi heyəti və qonaqlar iştirak ediblər. Cəmiyyətin icra orqanında Xocalı həqiqətlərini təsvir edən materiallardan ibarət yaradılmış xüsusi guşələrlə tanış olduqdan sonra tədbir akt zalında davam etdirilib.

Müdavimlər qarşısında çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev işğalçı erməni hərbi qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım faciəsinin gerçəklikləri barədə geniş danışıb. O, soqırımla bağlı həqiqətlərin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırım hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımının xronologiyasını əks etdirən videoçarx nümayiş etdirilib, canlı musiqi kompozisiyası və şeir dinlənilib, İrəvan Dövlət Azərbaycan Dram Teatrından dəvət olunmuş aktiyorların ifasında müdavimlərdə yüksək hərbi vətənpərvərlik duyğuları aşılayan “Qalx ayağa Azərbaycan!” tamaşası ilə tədbirə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti