...

Siyavuş Novruzov: Xocalı soyqırımında əli olanların nə vaxtsa tutulacağını, məhkəmə qurulacağını gözləməməliyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 13:30 (UTC +04:00)
Xocalı soyqırımında iştirak edənlərin, əli olanların siyahısı tərtib olunub. Hüquq-mühafizə orqanları onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır.
Siyavuş Novruzov: Xocalı soyqırımında əli olanların nə vaxtsa tutulacağını, məhkəmə qurulacağını gözləməməliyik

Bakı. Elçin Mehdiyev – Trend:

"Tarixin ayrı-ayrı dövrlərinə baxsaq görərik ki, dəfələrlə Azərbaycan əhalisi üzərinə gələn nizami ordu ilə vuruşmaq təhlükəsi ilə qalıb. Xocalı da bu qətliamın bir hissəsi və ən böyük faciələrdən biridir”.

Trend-in məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq hüququn prinsiplərinə əsasən Xocalı etnik təmizləmə məqsədilə həyata keçirilən qətliamdır:

“Xocalı soyqırımında iştirak edənlərin, əli olanların siyahısı tərtib olunub. Hüquq-mühafizə orqanları onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT tribunasında belə etiraf ediblər. Ermənistan Prezidenti Serj Sarkisyanın özü BMT-də Xocalı soyqırımında iştirak etdiyini etiraf edib. Bundan artıq etiraf lazımdır? Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını yazıb. Onlar dünya ictimaiyyəti qarşısında öz günahlarını etiraf ediblər. Nəyə görə biz onların izahat yazmasını və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik?"

S.Novruzov bildirib ki, bu cinayətkarlarla bağlı Hərbi məhkəmədə cinayət işi qaldırılıb:

"Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bu qərarı bütün dünya ölkələrinə göndərməlidir. Məhkəmə hüquq sistemində mövcüd olan şifahi qərar da qəbul etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti