...

ANAMA Cocuq Mərcanlıda daha 10 evə baxış keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 18:27 (UTC +04:00)
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.
ANAMA Cocuq Mərcanlıda daha 10 evə baxış keçirib (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 050 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 90 600 kv.m ərazi (62 500 kv.m ərazi əl ilə, 12 500 kv.m ərazi mexaniki üsulla və 15 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

21 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 67 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 539 059 kv.m ərazi (266 109 kv.m ərazi əl ilə, 121 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 38 150 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 24 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 71 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 569 153 kv.m ərazi (296 203 kv.m ərazi əl ilə, 121 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 38 150 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti