...

Tovuzda otlaq sahəsində tank mərmiləri tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2017 18:55 (UTC +04:00)
Tovuz rayonu Əlimərdanlı kəndində otlaq sahəsinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Tovuzda otlaq sahəsində tank mərmiləri tapılıb (FOTO)

Bakı. Trend:

Tovuz rayonu Əlimərdanlı kəndində otlaq sahəsinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(Tovuz RPŞ-nin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 99 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 737 003 kv.m ərazi (384 553 kv.m ərazi əl ilə, 161 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 78 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti