...

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2017 04:04 (UTC +04:00)
BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır
BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

"Biz Dağlıq Qarabağda təmas xətti boyunca toqquşmalar haqqında məlumatlardan narahatıq", - deyə Stefan Cüjarrik qeyd edib.

Onun sözlərinə görə, BMT-nin baş katibi gərginliyin qarşısını alması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini tamamilə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti