...

ATƏT-in səhra köməkçiləri hazırda Ağdamda - Monitrorinq başladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2017 11:09 (UTC +04:00)
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq cəbhənin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində , qoşunların qarşıdurma xəttində monitorinqə başlayıb.
ATƏT-in səhra köməkçiləri hazırda Ağdamda - Monitrorinq başladı

Bakı. Samir Əli - Trend:

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq cəbhənin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində, qoşunların qarşıdurma xəttində monitorinqə başlayıb. Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, səhər saatlarında səhra köməkçiləri ilə Ağdam rayon İcra Hakimiyyətində görüş keçirilib və onlara təmas xəttindəki vəziyyətlə bağlı məlumat verilib. Görüşdən sonra səhra köməkçiləri monitorinqə start verib.

Xatırladaq ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti