...

Səfir: Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2017 14:12 (UTC +04:00)
Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir
Səfir: Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.

Səfir bildirib ki, Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:

“Biz Azərbaycanla və digər ölkələrlə beynəlxalq təşkilatlarda münaqişələrin həlli ilə bağlı məsələlərdə bir-birimizi dəstəkləyirik".

Diplomat qeyd edib ki, bu problemin həlli ilə bağlı müxtəlif formatlar yaradılıb, onlar çalışırlar ki, bu məsələlər beynəlxalq hüquq çərçivəsində həll edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti