...

ATƏT-in daimi nümayəndəliyi: Ermənistan işğalı möhkəmləndirmək üçün atəşkəs rejimini sistemli şəkildə pozur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2017 17:03 (UTC +04:00)
Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki atəşkəs rejimi təkcə atışmalarla məhdud deyil, həm də işğal olunmuş ərazilərin azad edilməsini də özündə əks etdirir
ATƏT-in daimi nümayəndəliyi: Ermənistan işğalı möhkəmləndirmək üçün atəşkəs rejimini sistemli şəkildə pozur

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki atəşkəs rejimi təkcə atışmalarla məhdud deyil, həm də işğal olunmuş ərazilərin azad edilməsini də özündə əks etdirir.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, atəşkəs rejimi münaqişənin həll olunması ilə bağlı konkret məqsədlərin olmadığı təqdirdə dayanıqlı ola bilməz. Bununla belə, Ermənistan rəhbərliyi danışıqlarda iştirak etməkdən boyun qaçırır və onların tək məqsədi atəşkəs rejiminin gücləndirilməsidir.

Bəyanatda bildirilir: “Biz gözləyirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəs rejimi barədə razılaşmanın şərtlərini bütövlükdə nəzərdən keçirəcək və onun reallaşmasına çalışacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti