...

Tillerson: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2017 23:14 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Tillerson: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend-in xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər prosesin sülh yolu ilə nizamlanmasının irəliləməsi üzrə fikir mübadiləsi aparıblar.

"Vyanada və Sankt-Peterburqda əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi Tillerson bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcək", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti