Bakı. Elmira Tariverdiyeva - Trend:
Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
E.Məmmədyarov qeyd edib ki, bu məsələdə hər şey yalnız Azərbaycandan və ya vasitəçilərdən asılı deyil, Ermənistan da münaqişənin həlli yolunda irəli addımlar atmalıdır.