...

XİN: Bakı Dağlıq Qarabağla bağlı substantiv danışıqların keçirilməsində təkid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2017 15:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin bəzi əsas məsələləri həll olunmamış qalır
XİN: Bakı Dağlıq Qarabağla bağlı substantiv danışıqların keçirilməsində təkid edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin bəzi əsas məsələləri həll olunmamış qalır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, məsələlərin əksəriyyəti ilə bağlı qısa zamanda razılıq əldə etmək olar, amma əsas məsələlərin həlli uzanır.

Öz növbəsində Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələ siyasi iradənin mövcudluğudur.

Onun sözlərinə görə, Azərbaycan üçün işğal olunmuş torpaqların geri qaytarılması milli maraqlara cavab verir: “Bizim üçün gərginliyin azaldılması çox vacibdir. Başa düşmək lazımdır ki, danışıqlar gedən zaman toplar susur”.

Nazir bildirib ki, rəsmi Bakı substantiv danışıqların keçirilməsində təkid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti