...

Ərdoğan Qarabağ münaqişəsinin həlli üzrə tezliklə müzakirələrə başlamağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2017 20:17 (UTC +04:00)
Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hərtərəfli danışıqları təşkil etmək lazımdır.
Ərdoğan Qarabağ münaqişəsinin həlli üzrə tezliklə müzakirələrə başlamağa çağırıb

Bakı. Trend:

Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hərtərəfli danışıqları təşkil etmək lazımdır.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllinin təcili addımlar tələb etdiyini deyən Türkiyə prezidenti qeyd edib ki, təmas xəttində baş verənlər vəziyyətin nə qədər gərgin olduğunu, Azərbaycan ilə Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti