...

Polşanın eks-prezidenti: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2017 12:49 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etməlidir
Polşanın eks-prezidenti: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmalıdır

Bakı. Anaxanım Hidayətova - Trend

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etməlidir, bundan başqa isə BMT-nin 4 qətnaməsinin icra olunması üçün səylərini əsirgəməməlidir, çünki bu, münaqişənin həllinə doğru ilk addımdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Polşanın keşmiş prezidenti Aleksandr Kvasnevski deyib.

İki ölkə arasında münasibətlərdən danışan A.Kvsanevski qeyd edib ki, Polşa və Azərbaycan arasında siyasət və iqtisadiyyat sahələrində möhkəm əlaqələr qurulub. "Polşa Azərbaycanın köməyi ilə öz resurslarının diversifikasiyasında maraqlıdır. Bizim iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlarımız var. Biz 25 il əvvəl əsası qoyulmuş kurs üzrə işləməkdə davam edirik".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında “Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar” mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq – nüfuzlu ictimai-siyasi ­ xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Xəbər lenti

Xəbər lenti