...

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar prosesini bərpa etməyə çağırıb (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2017 12:33 (UTC +04:00)
ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə danışıqlar prosesini bərpa etmək çağırışına qoşulub.
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar prosesini bərpa etməyə çağırıb (YENİLƏNİB)

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə danışıqlar prosesini bərpa etmək çağırışına qoşulub.

Trend-in məlumatına görə, bu, ATƏT-in bu gün yayılan bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ötən il qeydə alınmış zorakılıq son 20 il ərzində ən dəhşətlisi idi: “Bu münaqişə dağıntılara, insan itkilərinə və əzablara səbəb oldu. Bu bizə açıq-aşkar xatırladır ki, hərbi mexanizm sülhün əldə olunmasına mane ola bilər”.

ATƏT sədri bəyanatda vurğulayıb ki, o danışıqlara yeni təkan veriləcəyinə ümid edir: "Qarşılqlı inamın bərpa olunması üçün bütün diqqətləri praqmatik və praktiki addımlara yönəltməyin və eləcə də substantiv danışıqları bərpa etməyin vaxtı çatıb. Mən dəfələrlə qeyd etmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Biz artıq indi sülhü planlaşdırmalıyıq və hərbi əməliyyatların bərpa olunmasına imkan verməməliyik".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 29-da regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat vermişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti