...

Səfir: İsrail Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT Minsk qrupunun səylərini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2017 12:12 (UTC +04:00)
İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Səfir: İsrail Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT Minsk qrupunun səylərini dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Səfir ATƏT Minsk qrupunun səylərini də dəstəklədiklərini bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, çünki münaqişənin hərbi həll yolu itkilərə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti