...

Novruz Məmmədov: Münaqişə ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri səmərəli fəaliyyətimizə xaricdən maneələrin olmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2017 10:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır.
Novruz Məmmədov: Münaqişə ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri səmərəli fəaliyyətimizə xaricdən maneələrin olmasıdır

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur.

N.Məmmədov bildirib: "Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir".

PA rəhbərinin müavini əlavə edib ki, situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır:

"Burada müəyyən qədər qapalı dairə yaratmaq cəhdləri hiss olunur: Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti