...

Fransa prezidentliyinə namizəd Qarabağ münaqişəsinin həll olunmasına ciddi səy göstərəcəyini vəd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2017 16:01 (UTC +04:00)
Fransada baş tutmuş prezident seçkilərinin ilk turunun qalibi Emmanüel Makron prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının ciddi səy göstərəcəyini vəd edib
Fransa prezidentliyinə namizəd Qarabağ münaqişəsinin həll olunmasına ciddi səy göstərəcəyini vəd edib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Fransada baş tutmuş prezident seçkilərinin ilk turunun qalibi Emmanüel Makron prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi səy göstərəcəyini vəd edib.

Trend-in məlumatına görə, E.Makron bu problemin təkbaşına həllinin mümkün olmadığını da deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti