...

Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2017 19:59 (UTC +04:00)
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb
Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 45 830 kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

71 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 9 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 8 ədəd piyada əleyhinə mina (OZM-72) və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 2 460 360 kv.m ərazi (502 999 kv.m əl ilə, 735 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 109 161 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 29 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 142 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 519 564 kv.m ərazi (562 203 kv.m əl ilə, 735 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 109 161 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti