...

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2017 13:18 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti