...

Helsinki komissiyası: "İskəndər" sistemlərinin Ermənistana verilməsi vəziyyəti destabilizə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2017 13:01 (UTC +04:00)
ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb
Helsinki komissiyası: "İskəndər" sistemlərinin Ermənistana verilməsi vəziyyəti destabilizə edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb.

Trend-in məlumatına görə, senator Rusiyanın ATƏT üzvü olan Ermənistana “İskəndər-E” raket sistemlərinin təhvil verdiyini vurğulayıb.

R.Uikerin fikrincə, bu amil ciddi narahatlıq doğurur, çünki bu cür silahların tədarükü vəziyyəti destabilizə edərək Avropada və Avrasiyada gərginliyin daha da artmasına səbəb olur.

Öz növbəsində ABŞ Dövlət katibinin keçmiş katibi Stivem Rademeyker qeyd edib ki, raket texnologiyaları üzərində beynəlxalq nəzarət rejimi mövcuddur.

Onun sözlərinə görə, Rusiyanın “İsgəndər” sistemlərinin hansı versiyasını Ermənistana verdiyini bilmək vacibdir: “Əgər bu “İsgəndər-E” sistemidirsə, bu silahlanmaya nəzarət sazişinə uyğundur. Amma “İsgəndər-M” raket sistemlərinin tədarükü qəbuledilməzdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti