...

Türkiyəli siyasətçi: Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2017 17:16 (UTC +04:00)
Türkiyədə 100 minə yaxın erməni qeyri-leqal miqrant yaşayır
Türkiyəli siyasətçi: Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib.

Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: “Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır”.

M.Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Xəbər lenti

Xəbər lenti