...

Cocuq Mərcanlıda 1 074 qəlpə tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2017 07:13 (UTC +04:00)
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 1 074 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyb
Cocuq Mərcanlıda 1 074 qəlpə tapılıb (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 1 074 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyb, nəticə etibarilə 23 690 kv.m (2.37 ha) ərazi tam təmizləib 21 300 kv.m (2.13 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 44 990 kv.m (4.5 ha)).

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

94 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 104 753 ədəd qəlpə, 71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 23 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 176 201 kv.m (217.62 ha) ərazi tam təmizlənib, 1 166 340 kv.m (116.63 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanı (Cəmi: 3 342 541 kv.m ( 334.25 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti