...

ATƏT: Monitorinqlər inamın möhkəmləndirilməsi üçün mühüm tədbirdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2017 00:55 (UTC +04:00)
Qoşunların təmas xəttində keçirilən monitorinq inamın möhkəmləndirilməsi üçün mühüm tədbirdir
ATƏT: Monitorinqlər inamın möhkəmləndirilməsi üçün mühüm tədbirdir

Bakı. Trend:

Qoşunların təmas xəttində keçirilən monitorinq inamın möhkəmləndirilməsi üçün mühüm tədbirdir. Trend-in ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT sədrinin mətbuat katibi Helene Spitcer deyib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik tərəflər arasında etimadın möhkəmləndirilməsinin digər yollarını daim öyrənir.

Monitorinqlər diqqətlə hazırlanır və tərəflərlə razılaşdırılır. Monitorinq zamanı hərbçilər iştirakçıların təhlükəsizliyini təmin etmək üçün onları müşayiət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti