...

Əli Həsənov: Ermənilər Şuşa məscidində heyvan saxlayırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2017 12:02 (UTC +04:00)
"Bu gün ermənilər Şuşa məscidində heyvan saxlayırlar. Başqa dövlətlər ermənilərə kömək edirlər. İslamçılıq budurmu?"
Əli Həsənov: Ermənilər Şuşa məscidində heyvan saxlayırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün ermənilər Şuşa məscidində heyvan saxlayırlar. Başqa dövlətlər ermənilərə kömək edirlər. İslamçılıq budurmu?"

Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Ə.Həsənov qeyd edib ki, yeni salınan Cocuq Mərcanlı kəndində 50 ev tikilsə də, orada yaşamaq üçün 250 nəfər ərizə verib: "Respublikanın müxtəlif yerlərindən bir çox ərizələr daxil olub. Bütün insanlar ora axın etmək istəyir".

Ə.Həsənov bu gün bəzi terminlərin düzgün müəyyənləşdirilmədiyini də açıqlayıb:

"Ümumiyyətlə, termin məsələsində də problemlər var. "Qaçqın", "məcburi" "köçkün" və "miqrant" - bunlar da düşünülmüş məqamlardır. Yaxud ad qoyublar - "özündən asılı olmadan yerdəyişmə". Hesab edirəm ki, burada da hüquqi boşluq var".

Komitə sədri qeyd edib ki, qaçqınlar haqqında beynəlxalq konvensiya olsa da, məcburi köçkünlər haqqında beynəlxalq konvensiya yoxdur:

"Buna görə də məcburi köçkünlərin hüquqlarının qorunması hər hansı beynəlxalq sənədlə tənzimlənmir. Bu boşluqlar bilərəkdən yaradılır. Avropa Parlamenti niyə Azərbaycandakı məcburi köçkün və qaçqınların hüquqlarının qorunması haqqında bəyanat vermir? Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan bütün dünyaya hörmətlə yanaşırsa, Azərbaycana da hörmətlə yanaşmaq lazımdır".

Baş nazirin müavini qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun bütün torpaqlarımızı işğaldan azad etmək əzmində olduğunu bir daha göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti