...

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2017 01:01 (UTC +04:00)
BMT ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlığını tam olaraq bölüşür
BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

Bakı. Trend:

BMT ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlığını tam olaraq bölüşür.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin Mətbuat Katibi ofisinin baş katib adından verdiyi bəyanatda deyilir.

"Biz 19 iyun 2017-ci il tarixli ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını nəzərə alırıq. Biz təmas xətti boyunca qurbanlara səbəb olan atəşkəs rejiminin pozulmasına dair narahatlığı tam şəkildə bölüşürük", - bəyanatda deyilir.

Bəyanatda deyilir ki, BMT bütün tərəfləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hər cür əməllərdən çəkinməyə, gərginliyin azaldılması üçün tədbirlərin görülməsinə və danışıqları bərpa etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti