...

AZƏRBAYCAN PREZİDENTİ 100 NƏFƏRİN ƏFV OLUNMASI HAQQINDA FƏRMAN İMZALAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2005 16:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də azadlıqdan məhrum edilmiş bir qrup şəxsin əfv olunmasına dair fərman imzalayıb. Trend agentliyi xəbər verir ki, sənədə əsasən,cəzanın çəkilməmiş hissəsindən cəmi 100 nəfər azad edilib.Onların arasında Avropa hüquq müdafiəçilərinin tərtib etdiyi "siyasi məhbuslar" siyahısında adı çəkilən şəxslər də var.

Fərmanda qeyd olunur ki, qərar humanizm və ədalət prinsiplərini əsas tutaraq, insan hüquq və azadlıqlarına ehtiram göstərərək, məhkum olmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə və s.baxaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəşbər tutaraq qəbul edilib.

Qeyd edək ki, iyunun 23-dəAŞPA-nın yay sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti