...

HEYDƏR ƏLİYEV FONDU "DİABETLİ UŞAQLARA YÜKSƏK QAYĞI" LAYİHƏSİNİN NÖVBƏTİ MƏRHƏLƏSİNİ HƏYATA KEÇİRMƏYƏ BAŞLAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2005 15:52 (UTC +04:00)

Heydər Əliyev Fondu"Diabetdən əziyyət çəkən uşaqlarayüksək qayğı" layihəsinin növbəti mərhələsinin reallaşdırılmasına başlayıb. Fondun icraçı direktoru Anar Ələkbərovun Trend ə verdiyi məlumata görə, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımƏliyevanın göstərişi iləlayihə çərçivəsində diabet xəstəliyindən əziyyət çəkən uşaqlaranövbəti yarımillik insulin partiyası və müxtəlif tibbi cihazlar (iynə vurmaq üçün qələm şprislər) paylanmağa başlayıb.

Onun sözlərinə görə,layihənin iştirakçısı kimi "Azərbaycan diabet cəmiyyəti" və dərman preparatlarının və cihazlarının təchizatçısı olan Danimarkanın"Novo Nordisk" əczaçılıq şirkəti çıxış edib.

İyunun 22-də Bakıdakı biznes mərkəzində Fondun, Cəmiyyətin və Danimarka şirkətinin iştirakı ilə uşaqlara insulin və preparatların paylanması mərasimi keçirilib. Birinci mərhələdə humanitar yardım Bakı və Sumqayıtdan olan diabetli uşaqlara , daha sonra isə rayonlardan gələn uşaqlara paylanılıb. İcraçı direktorun sözlərinə görə, tədbirdə Fondun prezidentinin göstərişi ilə bu xəstəlikdən əziyyət çəkən uşaqların və onların valideynlərinin problemləri də müzakirə olunub. Valideynləri ən çox maraqlandıran bu problemlə üzləşən adamlara dövlət qayğısını və diqqətini nəzərdə tutan milli proqramın qəbulu, uşaqlar üçün bərpa mərkəzlərinin yaradılması, sanatoriya-kurort-sağlamlıq mərkəzlərinin təşkili, dövlət tərəfindən göstərilən maddi yardımın həcminin artırılması olub.MüzakirələrdəFondun prezidentinin səhiyyə məsələləri üzrə müşaviri də iştirak edib. O, vadlidenylərə bütün bu problemləri Fondun rəhbərliyinin diqqətinə çatdırılacağını vəd edib.

Valideynlər və diabetli uşaqlar Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya göstərilən humanitar aksiyaya və onların sosial problemlərinin həllinə gömək göstərdiyinə görə təşəkkür ediblər.

Xatırladaq ki, layihənin məqsədi xəstəliyin geniş yayılmasını nəzərə alaraq Beynəlxalq Diabet Federasiyasını Azərbaycanla əməkdaşlığını fəallaşdırmağa çağırmaq, xarici və yerli şirkətlərin və təşkilatların diqqətini bu problemin həllinə yönəltmək, diabetli xəstələrin preparatlarla təminatı xidməti mexanizminin inkişafı üçün tədbirlər görmək, əməkdaşlığın yeni əlaqələrini inkişaf etdirmək, ictimaiyyəti diabet xəstəliyinə yeni yanaşma ilə tanış etməkdən ibarətdir.

Layihə çərçivəsində ilin əvvəlindəndiabetli uşaqlara dərmanların ilk yarımillikpartiyası paylanıb. Fondun icraçı direktorunun sözlərinə görə, Danimarka şirkəti və cəmiyyətlə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti