İyunun 23-dən 29-dək Rusiyada Azərbaycan ili çərçivəsində RF-nın Sverdlovsk vilayətində Azərbaycan günləri keçiriləcək. Bu barədə Trend ə AR Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət günləri proqramına vilayətin üç böyük şəhərində - Yekaterinburq, Çelyabinsk və Novorosiyskda konsertlərin, fotosərgilərin keçirilməsi və Azərbaycan filmlərinin nümayəşi daxildir. İyunun 24, 25 və 27-də bu şəhərlərdə AR əməkdar incəsənət xadimi Siyavuş Kəriminin rəhbərliyi altında olan musiqi qrupunun müşayəti ilə Azərbaycanın xalq artisti Polad Bül-bül oğlunun konserti və Dövlət Rəqs Ansamblının çıxışı planlaşdırılır.
Mədəniyyət günləri çərçivəsində 3 Azərbaycan filmi nümayiş etdiriləcək və "Qobustan" fotosərgisi təşkil olunacaq.