...

VLADİMİR PUTİN: AZƏRBAYCANLA RUSİYA ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİNİN YARADILMASINDA BSU-NUN XİDMƏTLƏRİ MİSİLSİZDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2005 12:58 (UTC +04:00)

"5 il əvvəl Azərbaycanın milli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Bakı Slavan Universitetində (BSU) rus dili və ədəbiyyatı, rus mədəniyyətinin tədris olunması sevindirici haldır. İki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində BSU-nun xidmətləri misilsizdir. Trend agentldiyi xəbər verir ki, bu ifadələr Rusiya Federasiyasıın prezidenti Vladimir Putinin BSU-nun 5 illik yubileyinə ünvanlandığı təbrik məktubundandır.

Qeyd edək ki, iynun 24-də BSU-nin yaradılmasının 5 illiyinə həsr olunmuş təntənəli mərasiim keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akreditə olunmuş diplomatik korpusların rəhbərləri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil naziri M.Mərdanov, BSU-nun 5 ildə 50 ilə bərabər bir yol qət etdiyini bildirib. Onun sözlərinə görə, hazırda BSU dünyanın ən qabaqcıl universitetləri ilə əməkdlaşlığını davam etdirir. Mərasimdə çıxış edən RF müvəqqəti işlər vəkli Pyotr Burdıkin, Ukraynanın Azərbaycandakı səfiri Anatoli Yurçenko, Polşanın səfiri Matsin Navrut, Türkiyə və Yunanıstan səfirliyinin əməkdaşları BSU-nun 5 illik yubileyi ilə əlaqədar təbriklər söyləyiblər və təhsil ocağına uğurlar arzulayıblar. Mərasimdə həmçinin Bolqarıstan prezidenti Georgi Pırvanov, Ukrayna Ali Radasının (1990-1994, 1998-2002) spikeri İvan Plyuş, Bolqarıstan Respublikasının prezidenti (1990-1997,) Jelio Jelev, Rusiya patriarxı İkincxi Aleksi, Yunanıstan Respublikasının prezidenti K.Stepanopulos adından təbrik məktubları oxunub. Sonra yubiley mərasimi bədii hissə ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti