Azərbaycan prezidenti İlyam Əliyev Cibuti prezidenti İsmail Ömər Qullehə təbrik teleqramı göndərib. Trend agentliyinin məlumatına görə, dövlət başçısı öz həmkarını və Cibuti xalqını milli bayram - Cibuti Respublikasının Müstəqillik günü münasibətilə təbrik edib.
Məktubda İ.Əliyev iki ölkə arasında əməkdaşlıq və dostluğun gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.