...

LATVİYADA VƏ MOLDOVADA AZƏRBAYCANIN SƏFİRLƏRİ TƏYİN EDİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2005 18:38 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Latviya Respublikasında səlahiyyətli və fövqəladə səfiri təyin edilib.

Digər sərəncamla İsfəndiyar Vahabzadə Moldova Respublikasında Azərbaycanın səlahiyyətli və fövqəladə səfiri təyin edilib.

Xatırladırıq ki, T.Zülfüqarov 1998-ci ilin mart ayından 1999-cu ilin oktyabr ayınadək AR XİN başçısı vəzifəsində çalışırdı.

1997-1999 -cu illərdə İsfəndiyar Vahabzadə Azərbaycanın Pakistandakı səfirinin vəzifələrini yerinə yetirirdi.1999-cu ildə isə o, Cenevrədə BMT-nin ofisində Azərbaycanın daimi nümayəndəsi təyin edilmişdi.

Xəbər lenti

Xəbər lenti