...

AZƏRBAYCAN PREZİDENTİ YENİ SƏFİRLƏRİN ETİMADNAMƏLƏRİNİ QƏBUL EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2005 18:53 (UTC +04:00)

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev Koreya, İrlandiya, Zambiya, Sudan, Moldova, KXDR, Avstraliya, Qvineya və Küveytin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Trend in məlumatına görə, dövlət başçısı diplomatları təyinatları ilə bağlı təbrik edib və onlara eyni zamanda Azərbaycanda həyata keçirəcəkləri gələcək fəaliyyətlərndə uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan onların təmsil edəcəkləri ölkələrlə çox sıx əlaqələri var və respublika onlarla əlaqələrin gələcək inkişafında və genişlənməsində maraqlıdır. "Əminəm ki, bu istiqamətdə sizin fəaliyyətiniz çox uğurlu olacaq və bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edəcək", - deyə prezident əlavə edib.

İ.Əliyev onu da bəyan edib ki, Azərbaycanın xarici siyasəti dünyada sülhün və sabitliyin təmin olunmasına yönəlib və ölkə dünyanın bütün dövlətləri iləqarşılıqlı faydalı əlaqələrin genişləndirilməsində maraqlıdır. O bəyan edib ki, Ermənisğanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və təcavüzkar siyasəti nəticəsindəAzərbaycan respublikasının torpaqlarının 20% -i işğal olunub və ölkədə 1 milyondan artıq qaçqın var. Dövlət başçısı beynəlxalq ictimaiyyətin sülhün tezliklə bərpa edilməsi və ağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işində səyləri artıracağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti