...

"QLOBALLAŞAN AZƏRBAYCAN" SİVİL İNKİŞAF MƏRKƏZİ YARADILIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 13:09 (UTC +04:00)

"Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi adlı, fərqli formatlı yeni bir qurum yaradılıb. Bu təşkilatdan Trend ə bildirilib ki, yaxın günlərdə Mərkəzin təqdimat mərasimi keçiriləcək, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, təsisçiləri və digər məsələlər barədə açıqlamalar veriləcək.

"Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi (QASİM) Almaniya, ABŞ, Türkiyə, Fransa, Rusiya və Ukraynada təhsil almış, müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi Azərbaycanda analitik beyin mərkəzini yaratmaq, qloballaşan dünyada ölkəmizin rolunu müəyyənləşdirmək, müxtəlif sahələr üzrə intellektual proqramlar, layihələr hazırlamaq, həyata keçirməkdir.

QASİM-in təsisçiləri hesab edirlər ki, Azərbaycanın gənc kadr potensialı ölkəmizin öncə bütün regionun, sonra Avropanın strateji elm və araşdırma mərkəzlərindən birinə çevirilməsinə imkan verir. Bu təşkilatın əsas hədəfləri Azərbaycanın dünyaya təkcə neft yox, həm də bilik ixrac edə bilməsi, Azərbaycanın post-sənaye dövrünə qədəm qoyan dünyaya inteqrasiyasının əsas qarantının sivil inkişaf olmasıdır.

Mərkəzin nəzdində iqtisadiyyat, mədəniyyət, geosiyasət, beynəlxalq münasibətlər, elm və təhsil, informasiya və yeni texnologiyalar adlı bölmələr, həmçinin bir sıra alt strukturlar yaradılıb. Hazırda təşkilatın sıralarında 30-a yaxın gənc intellektual və bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri təmsil olunurlar. Təşkilat Azərbaycanda sivill islahatların sürətləndirilməsi istiqamətində öz köməkliyini göstərmək üçün fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti