...

"AQO" QRUPU "AZADLIQ" SEÇKİ BLOKUNUN LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 14:28 (UTC +04:00)

"Azadlıq" seçki blokunun liderləri Azərbaycan parlamentinə demokratik seçkilərin keçirilməsinə mane olan konkret məsələləri Avropa Şurası nazirlər Komitəsinin "AQO" monitorinq qrupu üzvlərinin diqqətinə çatdırıb. Trend agentliyi xəbər verir ki, bu bəyanatla iyunun 30-da Avropa Şurası Baş Katibinin Bakıdakı xüsusi nümayəndəsinin ofisində keçirilmiş görüşün yekunlarına əsasən blokun liderlərindən biri, "Musavat" partiyasının sədri İsa Qəmbər çıxış edib.

İ. Qəmbər qeyd edib ki, görüş çərçivəsində Azərbaycandakı seçkiqabağı vəziyyətə dair məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.Seçki komissiyalarının tərkibinin dəyişməsi məsələsinə xüsusi diqqət yetirilib.

"Seçki komissiyalarının hazırkı tərkibi Azərbaycanda demokratik seçkilərin keçirilməsinə imkan vermir"-deyə "Musavat" sədri qeyd edib.O, bildirib ki, "AQO" qrupunun üzvləri Avropa standartlarına cavab verən seçkilərin keçirilməsi üçün bütün səylərini əsirgəməmələrinə dair öhdəlik götürüblər.

Görüşdə həmçinin AXCP (islahatçılar) partiyası sədrinin müavini Fuad Mustafayev iştirak edib.

İyunun 30-da günün ikinci yarısında "AQO" qrupu nümayəndə heyətinin Azərbaycan Respublikası ədliyyə naziri Fikrət Məmmədov və AR Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşü keçiriləcək.

"AQO" qrupunun Azərbaycana səfərinin məqsədi parlament seçkiləri ərəfəsində ölkədə daxili siyasi vəziyyətin öyrənilməsi, eləcə də ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə vəziyyətlə tanışlıqdır.

Qeyd edək ki, "AQO" qrupuna Fransa, Almaniya, Niderland, Rumıniya, İsveç, İsveçrə və Türkiyənin daimi nümayəndəliklərinin rəhbərləri ilə yanaşı Avropa Şurası Katibliyinin üç əməkdaşı da daxildir.

Xəbər lenti

Xəbər lenti