...

RƏCƏB TAYYİB ƏRDOĞAN: DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ TÜRKİYƏ ÜÇÜN ƏSAS OLAN AZƏRBAYCAN XALQININ MƏNAFEYİDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 18:40 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə üçün əsas olan Azərbaycan xalqının mənafeyidir. Münaqişənin həllində Türkiyə indiyədək Azərbaycana lazımi dəstəyini vermişdir və bu dəstək bundan sonra da davam edəcəkdir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 30-da Milli Məclisdə deputatlar qarşısında çıxışı zamanı bildirmişdir. Onun sözlərinə görə,Türkiyə hər zaman Azərbaycanın istiqlalını düşünmüşdür və əsas diqqətini bölgədə təhlükəsizliyin təmin olunmasına yönəldəcəkdir. "Avropa Şurası parlament assambleyasının bu ilin yanvarında keçirilmiş qış sessiyasınıda Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı Ermənistanın işğalçı dövlət kimi elan olunmasında, Türkiyənin də xidmətləri olmuşdur. Türkiyə bütün beynəlxalq təşkilatlarda -BMT-də, İslam konfransı təşkilatında, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı öz mövqeyini bildirmişdir və bundan sonra da bildirəcəkdir. Türkiyə Ermənistanın Azərbayanın əleyhinə çeşidli, saxta idiaların qarşısını hər zaman almıfş və bundan sonra da alacaqdır" - deyə R.T.Ərjdoğan bildirmişdir. Türkiynəin ətraf qonşuları ilə hər zaman sülh və mexriban qonşuluq şəraitində yaşamaq arzusunu ifadə edən baş nazir, bu siyasətin bundan sonra da davam edəcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti