...

"AQO" MONİTORİNQ QRUPU AZƏRBAYCANA SƏFƏRİNİN YEKUNLARI BARƏDƏ BƏYANAT YAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2005 21:17 (UTC +04:00)

Avropa Şurası nazirlər Komitəsinin "AQO" monitorinq qrupunun nümayəndə heyəti iyulun 1-də Azərbaycana üçgünlük səfərinin yekunlarına qiymət verilmiş bəyanat yayıb.

Trend agentliyi xəbər verir ki, monitorinq qrupunun bəyanatında qeyd olunur ki, Azərbaycan rəhbərliyi Azərbaycanda demokratik islahatların dəstəklənməsində açıq mövqe bildirib.

"Prezident İlham Əliyev ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsində dövlət instansiyalarına qanun pozuntularının aradan qaldırılmasında dəqiq göstəriş verildiyini qeyd edərək qətiyyət bildirib"-deyə bəyanatda qeyd olunur.

"AQO" qrupu qeyd edir ki, Azərbaycan rəhbərliyi bir sıra vacib qərarlar qəbul edib ki, bunların davamı ölkədə demokratik islahatların təkmilləşdiriləmsinə imkan verəcək.Xüsusilə toplantı azadlığının təmin edilib, siyasi məhbusların problemlərinin aradan qaldırılması üzrə işçi qrup təşkil edilib.

"AQO" qrupu həmçinin 2003-cü ilin oktyabr hadisələrində iştirakına görə həbs edilmiş iki müxalifətçiyə Azərbaycan parlamentinə öz namizədliyini irəli sürmək üçün icazə verən məhkəmə qərarını alqışlayıb. "Biz ümid edirik ki, qalan beş müxalifətçinin buraxılmasına dair məsələ də öz müsbət həllini tapacaq"-deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, alman diplomatı, səfir Ronald Vegenerin başçılıq etdiyi "AQO" qrupu iyunun 30-da ölkədə daxili siyasi vəziyyətin öyrənilməsi məqsədilə Azərbaycana gəlib. "AQO" qrupuna Fransa, Almaniya, Niderland, Rumıniya, İsveç, İsveçrə və Türkiyənin daimi nümayəndəliklərinin rəhbərləri ilə yanaşı Avropa Şurası Katibliyinin üç əməkdaşı da daxildir.

Xəbər lenti

Xəbər lenti