...

AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLARI QAÇQINLARA GÖSTƏRİLƏN HUMANİTAR YARDIMI DAVAM ETDİRMƏYƏ ÇAĞIRIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2005 13:15 (UTC +04:00)
Azərbaycan hökuməti beynəlxalq təşkilatları Ermənistan-Azərbacyan münaqişəsinin həll olunmasınadək qaçqın və məcburi köçkünlərə humanitar yardımı davam etdirməyə çağırır. Trend agentliyinin məlumatına əsasə, bu barədə iyulun 4-də AŞ PA-nın miqrasiya üzrə seminarında çıxış edən baş nazirin müavini, Qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.
Onun dediklərinə görə, dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, o, münaqişə ilə bağlı öz mövqeyini bildirməsin. Bununla belə, problem indiyə qədər həll olunmamış qalır. Azərbacyan üçün bu məsələ ən böyük problemdir.
Dünyada olan 17 mln qaçqından 1 mln-u Azərbaycanın payına düşür. "Hökumət onların sosial təminat məsələsini tam həll etmək iqtidarında deyil. Qaçqın və məcburi köçkünlərin sosial problemləri sahəsində son 10 ildə göstərilmiş dövlət yardımının həcmi 50-120 dəfə artıb", - deyə Ə.Həsənov qeyd edib. Ötən il ərzində hökumət bu məqsdələr üçün 120 mln dollar ayırıb, beynəlxalq təşkilatların humanitar yardımının həcmi isə 36 mln dollar təşkil edib. Ə.Həsənov bu göstəriciləri 1994-cü il göstəriciləri ilə müqayisə edərək bildirib ki, bu rəqəmlər o zaman 2 mln dollar və 76 mln dollar təşkil edirdi.
Baş nazirin müavini donor ölkələri Azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardımı davam etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti