...

VAŞİNQTONDA ATƏT PA-NIN İCLASI ÇƏRÇİVƏSİNDƏ DAĞLIQ QARABAĞ PROBLEMİ ÜZRƏ QAPALI MÜZAKİRƏLƏR KEÇİRİLƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2005 14:18 (UTC +04:00)

İyulun 5-də Vaşinqtonda ATƏT-in Parlament Assambleyasının illik iclasında Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələr keçiriləcək. Azərbaycan Respublikası XİN-də Trend agentliyinə bildirilib ki, müzakirələr bağlı qapılar arxasında keçiriləcək.

Müzakirələrdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn, ATƏT-in hazırkı sədrinin nümayəndəsi, səfir Ancey Kaspşik və PA sədrinin xüsusi nümayəndəsi Qoran Lenmarkerin çıxışları gözlənilir.

Qeyd edək ki, iyulun 1-də iclasda Azərbaycan nümayəndə heyətinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi üzrə təqdim etdiyi qətnamə layihəsi üzrə səsvermə keçirilib. Səs çoxluğu ilə layihə Assambleya iclasının gündəliyinə daxil edilməyib.

Qətnamə layihəsinin əleyhinə səs verən ölkələr arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlətləri (ABŞ, Fransa, Rusiya), eləcə də Kanada, Latviya, Çexiya və digər ölkələr vardır. Xüsusi nümayəndə Q.Lenmarker əleyhinə olaraq bəyan edib ki, hazırda münaqişənin nizama salınması prosesi "kəskin mərhələdə" dir və buna görə də tərəflərdən hər hansı birinin təqdim etdiyi qətnamə Assambleyanın iclasında müzakirə edilməli deyil.

Xəbər lenti

Xəbər lenti