...

ATƏT-İN TƏRTƏR RAYONUNDA QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ KEÇİRDİYİ MONİTORİNQDƏ İNSİDENT QEYDƏ ALINMAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2005 16:28 (UTC +04:00)

İyulun 5-də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Karmiravan kəndi sahəsində, qoşunların təmas xəttində keçirdiyi monitorinqdə insident qeyd alınmayıb. Bu haqda Trend ə Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.

Məlumatda Azərbaycan tərəfində monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Torsten Ahrenin apardığı bildirilir.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vımetal və Piter Ki keçiriblər.

Xəbər lenti

Xəbər lenti