...

SƏTTAR SƏFƏROV: ƏGƏR ERMƏNİSTAN İŞĞALÇI SİYASƏTİNİ DAÜYANDIRMASA HEÇ BİR İQTİSADİ ƏMƏKDAŞLIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2005 14:12 (UTC +04:00)

Əgər Yerevan işğalçı siyasətini dayandırmasa, Azərbaycanla Ermənistan arasında heç bir iqtisadi əməkdaşlıqdan söhbət belə gedə bilməz. Trend -in məlumatına görə, bu barədə ATƏT-in Parlament Assambleyasının sessiyasının yekunları barədə Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Səttar Səfərov məlumat verib.

ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi, İsveç diplomatı Qoran Lenmarkerin məruzəsinin müzakirəsinin yekunlarına toxunan S.Səfərov qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr bağlı qapılar arxasında iki saatdan artıq davam edib.

"ATƏT nümayəndələri bu problemin əsasən Azərbaycxanın ərazi bütövlüyü nəzərə alınmaqla nizamlanması barədə obyüektiv fikri dəstəkləyiblər", -deyə Səfərov qeyd edib. O bildirib ki, müzakirələrin gedişində Ermənistanla Azərbaycan arasında kommunikasiya sisteminin açılmasının zəruriliyi barədə fikirlər də səslənib.

Nümayəndə heyətinin rəhbərinin qeyd etdiyinə görə, yaxın vaxtlarda Azərbaycan tərəfi bir sıra təkliflər hazırlayaraqa onları Dağlıq Qarabağ barədə məruzəyə əlavə etmək üçün Qoran Lemarkerə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti