...

ATƏT-İN MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİ İYULUN 9 BAKIYA GƏLƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2005 14:35 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasye iyulun 9 Bakıya gələcək. Bu barədə Trend agentliyinə Fransanın Azərbaycandakı səfirliyindən xəbər veriblər.

İyulun 10-da ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrlərinin regiona səfəri gözlənir. Vasitəçilər region səfərlərinə Bakıdan başlayacaq, oradan Yerevana, daha sonra isə Dağlıq Qrabağa gedəcəklər. Diplomatlar Azərğaycan və Ermənistanın avqustda baş tutacaq görüşləri ərəfisində münaqişənin həlli yollarını bir daha müzakirə edəcəklər.

Bu barədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovun və Vardan Oskanyanın Paris görüşündə razılıq əldə edilib. Minsk qrupunun rusiyalı, fransalı və amerikalı həmsədrləri Yuri Merzlyakov, Bernard Fasye və Stiven Mennin səfər proqramına hər iki ölkənin prezidenti və xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağın rəhbərliyi ilə görüşlər daxildir.

Xəbər lenti

Xəbər lenti