...

ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ "ÇƏRÇİVƏ RAZILAŞMASININ LAYİHƏSİ " ADLANAN SƏNƏD MƏLUM DEYİL

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2005 17:17 (UTC +04:00)

Mən Dağlıq Qarabağ münaqişəsi üzrə Dartmut konfransının regional konfliktlər üzrə İşçi qrupunun hazırladığı və ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təqdim etdiyi "Çərçivə razılaşması layihəsi" adlanan sənəddən tamamilə xəbərsizəm. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

O, Dartmut konfransının İşçi qrupundan hər hansı bir sənəd almadığına görə bu məsələni müzakirə etməyəcəyini bildirib. "Ən azı mən onu görməmişəm", -deyə Y.Merzlyakov əlavə edib.

Bir az əvvəl "Reqnum" agentliyi regional münaqişələr üzrə Dartmut konfransının İşçi qrupunun Rusiya və Amerikadan olan iştirakçıları ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrlərinə regionda sülh prosesi barədə Çərçivə razılaşmasının layihəsini göndərildiyi barədə xəbər yaymışdı.

Agentliyini məlumatına görə, sənəd Moskvada keçirilən Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ ictimaiyyətinin nümayəndələri arasında keçirilən danışıqların 8-ci mərhələsinin gedişində hazırlanıb.

Bu barədə konfrans iştirakçılarının biri, Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan məlumat verib. Onun sözlərinə görə, tezliklə bu sənəd ATƏT-in fəavliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti