...

YURİ MERZLYAKOV: HƏLƏ AĞDAM-XANKƏNDİ-ŞUŞA-LAÇIN-GORUS-ŞAHBUZ NƏQLİYYAT DƏHLİZİ BARƏDƏ DANIŞMAQ TEZDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2005 18:27 (UTC +04:00)

Hazırda hələ danışıqların gündəliyinə Ağdam-Xankəndi-Şuşa-Laçın-Gorus-Şahbuz nəqliyyat yolunun açılmasına dair məsələnin salınmasınmasından danışmaq tezdir. Trend in məlumatına görə , bu barədə iyulun 12-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiyadan olan həmsədr Yuri Merzlyakov məlumat verib.

O bildirib ki, magistralın açılması barədə məsələ Şuşa və Laçın rayonlarının İcra hakimləri - Nizami Bəhmənov və Elbrus Təhməzov tərəfindən qaldırılıb. Sonradan bu mövzu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun müavini Araz Əzimovla keçirilən görüş zamanı da toxunulub.

Merzlyakovun fikrincə, bu məsələnin müzakirəsi sonralar, nəqliyyat-kommunikasiya məsələlərinin müzakirəsi zamanı mühüm ola bilər. "Bu zaman regionu və onun kommunikasiyasını daha dəqiq bilən Dağlıq Qarabağın hər iki icmasının iştirakı faydalı olacaq" - deyə o, əlavə edib.

Amerikalı həmsədr Stiven Mənnin fikrincə, Bakıdakı danışıqlarda hər hansı yeni məsələ müzakirə olunmayıb, yalnız "Azərbaycan tərəfi ilə ayrı-ayrı məsələlərlə bağlı detallar" aydınlaşdırılıb. "İndi biz Azərbaycanın daha dəqiq mövqeyini görürük"- deyə o, əlavə edib.

"Azadlıq" radiosunun erməni xidmətinin yaydığı yaxın 10-15 il ərzində Dağlıq qarabağda referendumun keçirilməsi barədə məlumata toxunan S.Mənn ayrı-ayrı KİV -nin məlumatları əsasında fikir formalaşdırmamağı məsləhət görüb. Bu zaman o, danışıqlar prosesinin gizliliyinə istinad edərək onun detallarının açıqlanmasının qeyri-mümkün olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti