...

AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN XİN BAŞÇILARI MOSKVADA DANIŞIQLARIN NÖVBƏTİ RAUNUDUNU KEÇİRƏCƏKLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2005 12:24 (UTC +04:00)

Azərbaycan və Ermənistanın XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyan arasında məsləhətləşmələrin növbəti raundunun Moskvada keçiriləcəyi planlaşdırılır. Bu barədə Trend agentliyinə Azərbaycan XİN-dən xəbər veriblər.

Görüşün MDB-in xarici işlər nazirləri Şurasının avqustun 22-də Moskvada baş tutacaq növbəti iclasları çərçivəsində keçirilməsi planlaşdırılır.

Nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 26-da Kazanda baş tutacaq görüşləri ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin yeni detallarını nəzərdən keçirəcək, dövlət başçılarının görüşlərinin aspektlərini müzakirə edəcəklər.

Hər iki ölkənin nazirləri sonuncu dəfə iyunun 17 və 18-də Parisdə görüşmüşdülər.

Xəbər lenti

Xəbər lenti