...

NAXÇIVAN VƏ ERMƏNİSTAN SƏRHƏDİNDƏ ATƏT-İN MONİTORİNQİ KEÇİRİLİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2005 12:44 (UTC +04:00)

İyulun 18-dən 21-ə kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Ermənistan arasındakı dövlət sərhədinin təmas xəttində monitorinq keçirilir. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Azərbaycan tərəfdə monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmrə Palatinus və Piter Key tərəfindən keçirilir. Sərhədin Ermənistan tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Miroslav Vimetal və Oleksandr Samarski aparırlar.

Monitorinq ATƏT-in fəaliyyət göstərən sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti