...

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMİZİ YENİDƏN ATƏŞƏ TUTUBLAR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2005 12:14 (UTC +04:00)

İyulun 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri sərhəd rayonlarındakı mövqelərimizi yenidən atəşə tutublar.

Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda göstərilir ki, həmin gün Ermənistan Silahlı Qüvvələri saat 10:50-dən 10:55-dək Qazax rayonu, Məzəmli kəndinin 0,5 km. cənubunda, saat 15.25-dən 16.30-dək həmin kəndin 0,5 km. cənubunda və İcevan rayonu, Berkaber kəndinin 1,2 km. şimal-şərqində, saat 20.30-dan 21.10-dək isə Xanlar rayonu ərazisindəki Ömər dağının şimal-şərqində, Ömər aşırımının 1,5 km. və 2,3 km. cənub-qərbində yerləşən mövqelərindən Məzəmli kəndini və Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan, snayper tüfənglərindən və pulemyotlardan atəşə tutublar. Məlumatda bildirilir ki, düşmən cavab atəşilə susdurulub, itki yoxudr.

Xəbər lenti

Xəbər lenti