...

AZƏRBAYCANA MİNA TƏMİZLƏYƏN MAŞINLARIN MÜASİR MODİFİKASİYASI GƏTİRİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2005 17:11 (UTC +04:00)
AZƏRBAYCANA MİNA TƏMİZLƏYƏN MAŞINLARIN MÜASİR MODİFİKASİYASI GƏTİRİLİB

Trend in məlumatına görə, Azərbaycana mina təmizləyən maşınların müasir modifikasiyası - gecə görüntüsündə istifadə olunan 60 tonluq maşın gətirilib. Maşın ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli agentliyə (ANAMA) verilir.

Maşın Pentaqon yanında gecə görmə laboratoriyasına məxsusdur. O, ANAMA-ya bir il müddətinə verilir və həmin vaxt ərzində ondan ölkənin xüsusi təhlükəli regionlarında istifadə olunacaq. Qoyulmuş vaxt başa çatdıqdan sonra qərar qəbul ediləcək. Çox güman ki, həmin qərara əsasən Pentaqon bu maşını Azərbaycana bağışlayacaq.

Maşının dəyəri 1,5 mln ABŞ dollarıdır, onu almaq üçün isə Azərbaycanın bu qədər vəsaiti yoxdur. ANAMA-nın hesabamalarına görə, maşın minalardan təmizləmə işlərində sürəti artırmağa və işçi heyətinin təhlükəsizliyini təmin etməyə imkan verəcək.

Xatırladaq ki, hazırda Azərbaycanda 3 mina təmizləyən maşın - Sloveniyanın istehsalı olan "BOZENA" maşınları işləyir. Agentlik fəaliyyət göstərdiyi 5 il ərzində təxminən 16 mln m2 ərazini minalardan təmizləyib, 4000 mina, raket və qumbara isə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti